...

Azərbaycanda uşaqlara qarşı zorlama hallarının statistikası açıqlanıb

Cəmiyyət Materials 11 İyun 2013 13:19 (UTC +04:00)
Azərbaycanda il ərzində uşaqlara qarşı törədilən və müvafiq qaydada istintaqı tamamlanmış cinayətlərin ümumi sayı 500 fakt təşkil edir.
Azərbaycanda uşaqlara qarşı zorlama hallarının statistikası açıqlanıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda il ərzində uşaqlara qarşı törədilən və müvafiq qaydada istintaqı tamamlanmış cinayətlərin ümumi sayı 500 fakt təşkil edir.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlar arasında profilaktik işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev bildirib.

Onun sözlərinə görə, bütün bunlar kriminal zəmində olan cinayətlərdir və bunların arasında uşaqlara qarşı ailə-məişət zəmində törədilən cinayətlər qeyd olunan cinayətlərin 7-8 faizini təşkil edir.

İmamverdiyev deyib ki, bu rəqəmlər MDB ölkələri ilə müqayisədə 3-4 dəfə aşağıdır. O bildirib ki, uşaqların məruz qaldığı ümumi cinayətlərin 29 faizi isə onların cinsi azadlığı və ya cinsi toxunulmazlığı əleyhinə törədilən cinayətlərdir:

"İl ərzində olan 500 cinayətin 1,1 faizi seksual xarakterli - zorlama cinayətləridir. Bundan başqa il ərzində uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri 4 faiz təşkil edir, bu hərəkətlərə məcburetmə isə 0,1 faiz olub. Azərbaycanda 16 yaşına çatmayan qızlarla onların iradəsinə zidd olaraq cinsi əlaqədə olma cinayətlərinin sayı isə sadaladıqlarımla müqayisədə daha çoxdur, yəni 20 faiz təşkil edir. Təxminən il ərzində 150-180 cinayət faktı buna aiddir. Təkcə cari ilin 5 ayında bu cinayətlə bağlı 57 fakt qeydə alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti