...

Yeni attaşelər Azərbaycan Diplomatik Akademiyasının sertifikatları ilə təltif edilib

Cəmiyyət Materials 13 İyun 2013 20:56 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin 24 attaşesi Azərbaycan Diplomatik Akademiyasının (ADA) ikiaylıq “Xarici Siyasət Proqramı”nı uğurla başa vuraraq ADA İxtisasartırma Proqramları məzunları sırasına qoşulub.
Yeni attaşelər Azərbaycan Diplomatik Akademiyasının sertifikatları ilə təltif edilib

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Xarici İşlər Nazirliyinin 24 attaşesi Azərbaycan Diplomatik Akademiyasının (ADA) ikiaylıq "Xarici Siyasət Proqramı"nı uğurla başa vuraraq ADA İxtisasartırma Proqramları məzunları sırasına qoşulub.

Akademiyadan Trend-ə verilən məlumata görə, məzunların sertifikatlarla təkltif edilməsi mərasimi iyunun 13-də ADA-nın İctimai və Beynəlxalq Münasibətlər İnstitutunda xarici işlər nazirinin müavini, ADA rektoru Hafiz Paşayev, xarici işlər nazirinin müavini Nadir Hüseynov, eləcə də XİN-in bir sıra idarə rəisləri və şöbə müdirlərinin iştirakı ilə keçirilib.

Qeyd edək ki, diplomatlar proqram çərçivəsində diplomatik protokol qaydaları, beynəlxalq danışıqların aparılması, press-reliz və bəyanatların yazılması, xarici mətbuatla iş, mədəniyyətlərarası ünsiyyətin əsasları kimi praktiki mövzular, beynəlxalq hüquq və siyasətin təhlili, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin enerji siyasəti və diplomatiyasının prioritet istiqamətləri üzrə ADA-nın yerli və xarici professor heyəti, Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşları, hökumət və biznes sektorunun ekspertləri tərəfindən təlimlər keçmişdilər.

ADA İxtisasartırma Proqramlarının direktoru Aygün Hacıyeva məzunları təbrik edərək qeyd edib ki, bununla onlar 20 müxtəlif hökumət təşkilatının təmsilçisini daxil edən və əsasən, diplomatlardan ibarət olan 600 nəfərlik "Xarici Siyasət Proqramı" məzunlar şəbəkəsinə qoşulurlar. O vurğulayıb ki, əldə etdikləri bilik və qabiliyyətlər bu diplomatları Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə ezam olunmaq üçün hazır kadrlara çevirib.

Məzunlar adından söz alan XİN-in əməkdaşı Səbuhi Qasımov isə Diplomatik Akademiyanın heyətinə maraqlı təlimlərə görə minnətdarlığını bildirib, bir sıra beynəlxalq ekspertləri də daxil edən təlimçilər arasında onlar üçün ən maraqlı və məlumatlı dərslərin məhz Akademiyanın professor heyəti tərəfindən keçirildiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti