...

"Zaferoğlu İnşaat" yerli televiziya kanallarından birində maarifləndirici verlişin yayımına başlayıb (FOTO)

Cəmiyyət Materials 19 İyun 2013 13:13 (UTC +04:00)
Qısa müddət əvvəl ikinci dəfə beynəlxalq mükafata layiq görülən Zaferoğlu İnşaat artıq yerli televiziya kanallarından birində təmir və dizayn haqqında maarifləndirici verlişin yayımına başlayıb.
"Zaferoğlu İnşaat" yerli televiziya kanallarından birində maarifləndirici verlişin yayımına başlayıb (FOTO)

Azərbaycan, Bakı, 19 iyun /Trend /

Qısa müddət əvvəl ikinci dəfə beynəlxalq mükafata layiq görülən Zaferoğlu İnşaat artıq yerli televiziya kanallarından birində təmir və dizayn haqqında maarifləndirici verlişin yayımına başlayıb. Hər həftənin şənbə günü saat 13:15 - da Xəzər TV-də yayımlanan verilişdə təmir və dizaynın incəlikləri, praktiki bilgilər və bir sıra digər mövzularla bağlı geniş məlumatlar yer alır. Həmçinin verilişdə siz şirkətin hazır layihələri, kollektivin əsas iş prinsipləri və eləcə də bütün mümkün informasiyaları əldə edə bilərsiniz. Aşağıdakı linklərdən siz artıq geridə qalmış 3 buraxılışı izləyə bilərsiniz.

Bağ evi haqqında http://www.youtube.com/watch?v=oHGEl_6Hl0A
Ümumi təmir haqqında http://www.youtube.com/watch?v=K7s644DhA4o
Zaferoğlu İnşaat haqqında http://www.youtube.com/watch?v=WtokVFts51M

Əlavə olaraq onu qeyd edək ki, şirkət sektorda ilk dəfə bu istiqamətdə fəaliyyət göstərən və umumiyyətlə bu yöndə maraqlı olan şəxsləri nəzərə alaraq, öz rəsmi web saytında dizayn, memarlıq və təmirlə bağlı blogun fəaliyyətinə başlamışdır. Hansı ki, maraqlı şəxslər burda sözügedən movzularda maraqlı və maarıfləndirici məlumatlar ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti