...

Türkiyədə suriyalı qaçqınların sayı təqribən yarım milyona çatıb

Cəmiyyət Materials 22 İyun 2013 13:20 (UTC +04:00)
Türkiyə ərazisində olan suriyalı qaçqınların sayı təqribən 500 min nəfərə çatıb.
Türkiyədə suriyalı qaçqınların sayı təqribən yarım milyona çatıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir A. Tağıyeva/

Türkiyə ərazisində olan suriyalı qaçqınların sayı təqribən 500 min nəfərə çatıb. Bu barədə Trend şənbə günü "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, 200 mindən artıq qaçqın rəsmi olaraq Türkiyədə qeydiyyatdan keçdiyi halda, 250 mindən çox adam ölkədə qeydiyyatdan keçməyib.

Proqnozlara əsasən, Suriyada toqquşmaların davam edəcəyi təqdirdə ilin sonunadək Türkiyədə suriyalı qaçqınların sayı 1 milyona çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti