...

Mayda Türkiyəyə gələn əcnəbi turistlərin sayı artıb

Cəmiyyət Materials 25 İyun 2013 10:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir A.Tağıyeva/

Bu ilin may ayında Türkiyəyə səfər edən əcnəbi turistlərin sayı ötən ilin analoji dövründə qeydə alınan göstəriciyə nisbətən 17,8 faiz artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin Turizm Nazirliyinin rəsmi internet səhifəsində yayılan məlumatında bildirilir.

Beləliklə, may ayında Türkiyəyə 3,8 milyon turist səfər edib. Türkiyəyə ən çox əcnəbi turist Almaniyadan gəlib. Onların sayı ümumi turistlərin 14,2 faizini və yaxud 1,49 milyon nəfər təşkil edib.

Göstərilən ay ərzində turistlərin böyük əksəriyyəti İstanbul, Antalya, İzmir, Adana və Mersinə səfər edib.

Məlumatda bildirilir ki, 2013-cü ilin yanvar-may ayları ərzində Türkiyəyə 10,4 milyon turist səfər edib ki, bu da 2012-ci ilin analoji dövrü ilə müqayisədə 18,4 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti