...

ADA Uelsin Aberistvis Universiteti ilə mübadilə proqramları həyata keçirəcək

Cəmiyyət Materials 22 İyul 2013 18:27 (UTC +04:00)
Bu tədris ilindən başlayaraq Azərbaycan Diplomatik Akademiyası (ADA) və Uelsin Aberistvis Universiteti arasında tələbə və professor heyətinin mübadiləsi həyata keçiriləcək.
ADA Uelsin Aberistvis Universiteti ilə mübadilə proqramları həyata keçirəcək

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Bu tədris ilindən başlayaraq Azərbaycan Diplomatik Akademiyası (ADA) və Uelsin Aberistvis Universiteti arasında tələbə və professor heyətinin mübadiləsi həyata keçiriləcək.

ADA-dan Trend-ə verilən məlumata görə, bu barədə razılaşma iki ali təhsl ocağı arasında imzalanan memorandumda əks olunub.

İmzalanma mərasimi Azərbaycan Diplomatik Akademiyasının tədris mərkəzində keçirilib. Sənədi ADA prorektoru Fariz İsmayılzadə və Aberistvis Universitetinin prorektou Con Qrattan təsdiqləyiblər. Növbəti beş il ərzində ali məktəblər elmi mübadilənin bütün istiqamətləri üzrə, o cümlədən kitab və nəşr mübadiləsi, qarşılıqlı maraq doğuran mövzular üzrə elmi toplantılar və araşdırmaların, görüş və sərgilərin təşkil edilməsi üzrə əməkdaşlıq quracaq.

Qeyd edək ki, 1872-ci ildə təsis edilən Aberistvis Universiteti "Beynəlxalq siyasət" ixtisası üzrə təhsil verən dünyanın ilk ali məktəblərindən biridir.

ADA prorektoru Fariz İsmayılzadənin sözlərinə görə, hazırda Uelsin aparıcı universitetlərindən bir olan Aberistvis beynəlxalq münasibətlərlə yanaşı, digər ixtisasların mükəmməl tədrisi üzrə də seçilir. Azərbaycan Diplomatik Akademiyası hər il Uelsə iki tələbə göndərməyi planlaşdırır: "ADA tələbələri daha bir aparıcı xarici universitetdə mübadilə proqramı ilə təhsl almaq imkanı qazandılar. Diplomatiyanı bu sahədə bir əsrə yaxın tədris təcrübəsinə malik universitetlə öyrənməklə yanaşı, onlar həm də mədəni mübadilədən bəhrələnə biləcəklər."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti