...

Bakıda 750 küçə və prospektə ünvan təyin edilib

Cəmiyyət Materials 23 İyul 2013 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İ.İsabalayeva/

2013-cü ilin ötən dövrü ərzində yeni qaydalara əsasən Bakı şəhəri üzrə 750 küçə və prospektə, Sumqayıt şəhəri üzrə 70 sayda nəqliyyat infrastrukturu obyektinə ünvan təyin edilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən trend-ə verilən məlumata görə, Gəncə şəhəri üzrə 459 küçə və prospektə ünvan təyin edilməsi üzrə hazırlıq işlərinin icrası yekunlaşdırılıb, onların koordinatları müəyyənləşdirilib. Bakı şəhərində mövcud olan küçə, prospektlər üzrə ünvan lövhələrinin quraşdırılması işlərinin icrasına başlanılıb, şəhərin 20 küçə və prospekti üzrə 3500 ədəd giriş nömrə nişanı və bina ünvan lövhəsi quraşdırılıb.

2013-cü ildə ümumilikdə respublika üzrə kiçik özəlləşdirmə formasında 490-a yaxın müəssisə və obyekt, 390-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Hesabat dövründə 380-ə yaxın qeyri-yaşayış sahəsi, 350-yə yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 24 pul və ixtisaslaşdırılmış pul hərracında 21 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilmişdir. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2013-cü il ərzində müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 30,3 milyon manata yaxın məbləğdə investisiya qoyulub.

2013-cü il 1 iyul vəziyyətinə 6314 hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 7536 filialına (cəmi 13850) məxsus olan 148769 daşınmaz əmlakı barədə məlumatlar reyestrində qeydiyyata alınıb.

2013-cü il 1 yanvar - 1 iyul tarixləri ərzində ölkə üzrə 82 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 23 mindən çoxu ilkin, 59 minə yaxını isə təkrar qeydiyyata aid olub.


2013-cü ilin birinci yarısında 74 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport və 63 mindən çox daşınmaz əmlak obyektinə müayinə aktı tərtib edilib. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 mindən çox məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 13 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.

Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlaklar haqqında mükəmməl, həmçinin respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması işlərinin icrası ilə bağlı açıq tender elan olunmuşdur. Bakı şəhəri üzrə sözügedən işlərin müqavilə imzalandıqdan sonra 1 il müddətində, respublikanın rayonları üzrə işlərin isə müqavilə imzalandıqdan sonra 5 ay müddətində icrası planlaşdırılır. 520-yə yaxın daşınmaz əmlak obyekti barədə çöl geodeziya ölçmə işləri aparılmış bütün bu məlumatlar bazada toplanmış, hər bir daşınmaz əmlak obyekti üzrə kadastr planları tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti