...

Azərbaycan ərazisində küləkli hava şəraiti davam edəcək

Cəmiyyət Materials 25 İyul 2013 12:44 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Azərbaycan ərazisində küləkli hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Sabah Azərbaycan ərazisində küləkli hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gecə və axşam şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Temperatur gecə 19-24 dərəcə, gündüz 30-34, dağlarda gecə 11-16 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti