...

Azərbaycanda hava şəraiti nisbətən sabitləşəcək

Cəmiyyət Materials 9 Avqust 2013 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycan ərazisində hava şəraiti nisbətən sabitləşəcək, günün ikinci yarısından sonra yağıntı kəsəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında avqustun 10-da havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində əsasən yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 10-da şimşək çaxacaq, əsasən səhər və gecə saatlarında qısamüddətli yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə, dağlıq ərazilərdə gecə 10-14, gündüz 19-24 dərəcə isti olacaq.

Xatırladaq ki, avqustun 8-dən başlayaraq Azərbaycanda havanın temperaturu yenidən düşüb, bəzi rayonlarda intensiv yağış yağır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti