...

Ali məktəblərin vakant yerlərinə tələbə qəbulunun nəticələri bu gün açıqlanacaq

Cəmiyyət Materials 23 Avqust 2013 11:40 (UTC +04:00)
Bu gün günün sonunda 2013-2014-cü tədris ili üçün ali məktəblərin vakant yerlərinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanacaq.
Ali məktəblərin vakant yerlərinə tələbə qəbulunun nəticələri bu gün açıqlanacaq

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bu gün günün sonunda 2013-2014-cü tədris ili üçün ali məktəblərin vakant yerlərinə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanacaq.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ali məktəblərin vakant yerlərinə və orta ixtisas seçimi bu gün saat 11.00-da başa çatır: "Son məlumatlara zəsasən, 10 495 abituriyent ali məktəblərin vakant yerlərinə və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi edib. Biz isə müsabiqədə 21 400 nəfərin iştirak edəcəyini gözləyirdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti