Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akamiyasının (AMEA) qızıl medalı təsis oluna bilər.
Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib ki, alimlərin elmi araşdırmalarda əldə etdikləri yüksək nailiyyətlərin qiymətləndirilməsi üçün Nizami Gəncəvi adına qızıl medalın təsis edilməsi planlaşdırılır. Hazırda medalın eskizi hazırlanır.
Akademikin fikrincə, qızıl medalın verilməsi elmin inkişafına mühüm töhfələr verən alimlərin elmi fəaliyyətinin stimullaşdırılmasında başlıca amillərdən ola bilərr.
AMEA prezidenti, həmçinin Akademiya üzvləri üçün döş nişanlarının təsis olunmasının vacibliyini söyləyib: "Biz alimlər üçün adlı mükafatlar da yaratmaq fikrindəyik. AMEA-nın hər bölməsində fərqli adlı mükafatlar yaradıla bilər. Bu mükafat Azərbaycanın görkəmli alimlərindən birinin adı ilə bağlı ola bilər".