...

Bakıya yağan leysan yağışın "Qələbə meydanı"ndakı yol qovşağına təsiri barədə yayılan məlumatlara rəsmən aydınlıq gətirildi

Cəmiyyət Materials 24 Sentyabr 2013 15:31 (UTC +04:00)
Sentyabrın 23-dən 24-nə keçən gecə Bakıya yağan güclü yağış nəticəsində şəhər infrastrukturunda bəzi problemlər yaranıb.
Bakıya yağan leysan yağışın "Qələbə meydanı"ndakı yol qovşağına təsiri barədə yayılan məlumatlara rəsmən aydınlıq gətirildi

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Sentyabrın 23-dən 24-nə keçən gecə Bakıya yağan güclü yağış nəticəsində şəhər infrastrukturunda bəzi problemlər yaranıb.

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, 7-ci mikrorayon istiqamətindən gələn sel sularını yağış sularının drenaj xətləri tam olaraq qəbul edə bilmədiyi üçün sel Atatürk və Ziya Bünyadov prospektləri ilə "Gənclik" metrostansiyası tərəfə istiqamətlənib.

Elə bu səbəbdən də "Gənclik" stansiyası ətrafında yeni inşa edilən "Qələbə meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağında su yığını əmələ gəlib.

Məlumata görə, tunelə yığıla biləcək yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan bir saylı nasos stansiyasının gücü sellə yığılan su yığıntısını tam olaraq kənarlaşdıra bilmədiyi üçün operativ olaraq fövqəladə vəziyyət üçün əvvəlcədən nəzərdə tutulmuş 2 saylı nasos stansiyası işə salınıb və sel suları tunellərdən nəqliyyatın hərəkəti məhdudlaşdırılmadan qısa müddətə kənarlaşdırılıb.

Sel sularının yığılması və kənarlaşdırması zamanı tunellərə heç bir ziyan dəyməyib, hazırda tunellərdə nəqliyyatın hərəkətinə heç bir maneə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti