...

Ayın son günü hava yağışlı olacaq

Cəmiyyət Materials 29 Sentyabr 2013 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Azərbaycanda həftənin ilk iş günü hava küləkli və yağışlı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s olacaq, günün ikinci yarısında arabir 16 m/s-yə çatacaq.

Havanın temperaturunun gecə 14-17°, gündüz 19-24° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti oktyabrın 1-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti