Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında soyuq, küləkli hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə və gündüz 11-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 5-də şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 15-19, dağlarda gecə və gündüz 4-9 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə isə temperaturun 0 dərəcəyə yaxın olacağı proqnozlaşdırılır.