...

Hərbi qulluqçu hazırlayan bütün xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına kirayə pulu veriləcək

Cəmiyyət Materials 7 Oktyabr 2013 10:40 (UTC +04:00)
Hərbi qulluqçu hazırlayan bütün xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası veriləcək.
Hərbi qulluqçu hazırlayan bütün xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına kirayə pulu veriləcək

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir İ.İzzət/

Hərbi qulluqçu hazırlayan bütün xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası veriləcək. Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanın 4.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb ki, "Hərbi qulluqçulara (xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 171 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərarının adına və 1-ci hissəsinə "xüsusi təyinatlı təhsil" sözlərindən əvvəl "hərbi qulluqçu hazırlayan" sözləri əlavə edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti