...

Azərbaycanda daşqınlara səbəb olan çaylarda videokameralar quraşdırılıb

Cəmiyyət Materials 24 Oktyabr 2013 11:14 (UTC +04:00)
Azərbaycanda daşqınlara səbəb olan çaylarda videokameralar quraşdırılıb. Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cümə axşamı jurnalistlərə bildirib.
Azərbaycanda daşqınlara səbəb olan çaylarda videokameralar quraşdırılıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda daşqınlara səbəb olan çaylarda videokameralar quraşdırılıb. Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov cümə axşamı jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, hər bir təhlükəni istənilən vətəndaşın uzaqdan izləmək imkanı var.

H.Bağırov qeyd edib ki, kameralar dağ çayları arasında əsas təhlükəli olan Kiş çayında və Aran zonasında daşqınlara səbəb olan Kür çayında quraşdırılıb.

Nazir bildirib ki, hazırda mövsümlə bağlı çaylarda daşqın təhlükəsi gözlənilmir: "Əsas, tarixən daşqınlara səbəb olan çaylarda videokameralar quraşdırılıb və onlardakı vəziyyəti hər kəs canlı izləyə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti