...

Bakıda mətbuat nümayəndələri və estrada ulduzlarının iştirakı ilə peyntbol turniri keçiriləcək

Cəmiyyət Materials 24 Oktyabr 2013 19:23 (UTC +04:00)
Oktyabrın 26-da Bakıda, “AF Hotel & Aqua Park” Ailəvi İstirahət Mərkəzində "Novitas Group" MMC, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Peyntbol Assosiasiyası və “Sportsman” jurnalının təşkilatçılığı ilə Azərbaycanın Müstəqillik Günü və Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçkilərindəki qələbəsinə həsr olunmuş mətbuat nümayəndələri və tanınmış estrada ulduzlarının iştirakı ilə “İlhamlı Qələbələr” adlı ilk peyntbol turnirinin keçirilməsi planlaşdırılır.
Bakıda mətbuat nümayəndələri və estrada ulduzlarının iştirakı ilə peyntbol turniri keçiriləcək

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Oktyabrın 26-da Bakıda, "AF Hotel & Aqua Park" Ailəvi İstirahət Mərkəzində "Novitas Group" MMC, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Peyntbol Assosiasiyası və "Sportsman" jurnalının təşkilatçılığı ilə Azərbaycanın Müstəqillik Günü və Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçkilərindəki qələbəsinə həsr olunmuş mətbuat nümayəndələri və tanınmış estrada ulduzlarının iştirakı ilə "İlhamlı Qələbələr" adlı ilk peyntbol turnirinin keçirilməsi planlaşdırılır.

Yarışın açılış mərasimi və mübarizəyə oktyabrın 26-da saat 11:00-da start veriləcək. Yarışda ümumilikdə hərəsində 8 iştirakçı olmaqla 4 komanda iştirak edəcək. Komandalar şərti olaraq "Müğənnilər", "Aktyorlar", "Aparıcılar" və "Jurnalistlər" olaraq adlandırılacaq. Yarışda ümumilikdə 4 oyun, sonda isə qalibləri müəyyən etmək üçün duellər keçiriləcək. İlk 3 yeri tutmuş qaliblər turnirin xüsusi diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Mükafatlandırma mərasimi və şou-proqram saat 17:00-da başlayacaq. Turnir TV kanallar və internet portalları tərəfindən işıqlandırılacaq.

Turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi, digər yüksək vəzifəli şəxslər və iş adamları iştirak edəcəklər.

Peyntbol - xüsusi rənglərlə dolu şarlardan istifadə ilə hərbi şəraitdə keçirilən komanda oyunudur. Oyunun ən böyük üstünlüyü hərbi və milli ruhu gücləndirməklə yanaşı, gənclərin çox böyük marağına səbəb olmasıdır. Əsasən, komanda şəklində oynanılan bu oyunda həmrəylik və komanda ruhu kimi xüsusiyyətlər çox böyük rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti