...

İstirahət günü Azərbaycanda hava şəraiti mülayimləşəcək

Cəmiyyət Materials 9 Noyabr 2013 12:09 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 10-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz olacaq.
İstirahət günü Azərbaycanda hava şəraiti mülayimləşəcək

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir İ.İsababalyeva/

Bazar günü Azərbaycanda hava şəraiti nisbətən mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 10-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-10, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 10-da gecə və səhər saatlarında duman, çiskin olacaq. Lənkəran-Astara zonasında yağış yağacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 6-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti