...

Avropa Məhkəməsi Azərbaycandan ölkəsinə ekstradisiya olunmaq istəməyən Rusiya vətəndaşı ilə bağlı qərar verib

Cəmiyyət Materials 14 Noyabr 2013 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir S.Əhmədova/

Rusiya vətəndaşı çeçen Hacı Çankayevin iddiasına baxan Avropa İnsan Haqları Məhkəməsi (AİHM) onun Azərbaycandan Rusiyaya ekstradisiyasını qanunsuz saymayıb. Trend-in məlumatına görə, bu barədə AİHM-in rəsmi saytı xəbər verir.

Məhkəmə Avropa Konvensiyasının 13-cü maddəsinin (effektiv hüquqi müdafiə hüququ) pozulduğu qənaətinə gəlib.

Məlumatda bildirilir ki, qərar qüvvəyə minənə qədər H.Çankayev Rusiyaya ekstradisiya oluna bilməz.

H.Çankayev 2006-cı ildə çeçen silahlı qruplaşmasının üzvü kimi təqsirli bilindiyi cinayətlər üzrə 6 il azadlıqdan məhrum olunub.

2012-ci ilin iyun ayında Rusiya H.Çankayevin ekstradisiyası üçün Azərbaycana müraciət edib. H.Çankayev isə bu qərardan şikayət verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti