...

Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edildi

Cəmiyyət Materials 2 Dekabr 2013 16:16 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində hökm oxunub.
Gülər Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edildi

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə keçirilən məhkəmə prosesində hökm oxunub.

Trend-in məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə G.Əhmədovanın 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxunub. Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, bundan əvvəlki məhkəmə prosesində dövlət ittihamçısı G.Əhmədovanın 4 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti