Azərbaycan, Bakı, 26 dekabr /Trend/
Göygöl rayonunda Gənclər Mərkəzinin açılışı olub.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, açılışda gənclər və idman naziri Azad Rəhimov və millət vəkilləri iştirak ediblər.
Rayondakı Heydər Əliyev parkında 6 hektar ərazidə eləcə də uşaq əyləncə mərkəzi, yay kinoteatrı, idman meydançası inşa edilib.
Gənclər Mərkəzində akt zalı, kompüter otağı, internet-kafe, əyləncə və rəqs kabinetləri, linqafon otaqları var.
Göygöl şərab zavodunun nəzdində isə alkaqolsuz içkilərin istehsalı sexi fəaliyyətə başlayıb. Bunun nəticəsində zavodda işçilərin sayı 600 nəfərə çatıb.
Gələcəkdə zavodda bir neçə yeni istehsal sexlərinin yaradılması da nəzərdə tutulub.