...

Azərbaycanda hava küləkli keçəcək

Cəmiyyət Materials 10 Yanvar 2014 12:11 (UTC +04:00)
Yanvarın 11-də Azərbaycanda hava küləkli keçəcək, ölkədə arabir güclənən cənub-qərb küləyi əsəcək.
Azərbaycanda hava küləkli keçəcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Yanvarın 11-də Azərbaycanda hava küləkli keçəcək, ölkədə arabir güclənən cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 7-10 dərəcə isti olacağı proqnozlaşdırılır.

Yanvarın 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti