...

Milli Televiziya və Radio Şurası ANS-ə xəbərdarlıq etdi

Cəmiyyət Materials 14 Yanvar 2014 17:48 (UTC +04:00)
Şuradan Trend-ə verilən məlumata görə, iclasda "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.
Milli Televiziya və Radio Şurası ANS-ə xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda "ANS Müstəqil Yayım və Media Şirkəti" tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

10 yanvar 2014-cü il tarixdə saat 16:30-da efirə gedən "Adam içində" verilişində "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.4-cü bəndinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən, "ANS Müstəqil Yayım və Media Şirkəti"nə xəbərdarlıq elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti