Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.İzzət/
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İtaliyanın sabiq Baş naziri Romano Prodi ilə görüş keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə cari ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan II "Global Shared Societies" Forumuna hazırlıq prosesi müzakirə edilib.
Görüş zamanı R.Prodi aktual məsələlərin müzakirəsi məqsədilə keçiriləcək Forumun dünya üçün əhəmiyyətli olacağını vurğulayıb. O, eyni zamanda, Mərkəzin həyata keçirdiyi önəmli beynəlxalq layihələrini dəstəklədiyini bildirib.
Qeyd edək ki, II "Global Shared Societies" Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ivə Madrid Klubunun birgə təşəbbüsü ilə keçiriləcək. I Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox sabiq ölkə və hökumət rəhbərinin cəlb olunduğu mühüm şəbəkədir.