...

Sabahdan Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur enəcək

Cəmiyyət Materials 19 Yanvar 2014 16:42 (UTC +04:00)
Həftənin ilk iş günü Bakıda havanın tutqun olacağı gözlənilir.
Sabahdan Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur enəcək

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Həftənin ilk iş günü Bakıda havanın tutqun olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 20-də havanın tutqun olacağı gözlənilir, səhər buludluğun davam edəcəyi və az yağıntılı olacağı gözlənilir.

Temperatur gecə 5°, günün birinci yarısında 5°, axşama doğru 3°-dək isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcəkdir.

Azərbaycanın rayonlarında hava arabir yağıntılı keçəcəyi gözlənilir. Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-2° isti təşkil edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti