...

Ankarada Məhəmməd Əmin Rəsulzadənin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2014 22:43 (UTC +04:00)
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamına əsasən, yanvarın 31-dsə Azərbaycanın Türkiyədəki Səfirliyi xatirə tədbirləri keçirib.
Ankarada Məhəmməd Əmin Rəsulzadənin xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamına əsasən, yanvarın 31-dsə Azərbaycanın Türkiyədəki Səfirliyi xatirə tədbirləri keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizdən Ankaraya mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyevin başçılıq etdiyi nümayəndə heyəti gəlib. Nümayəndə heyətinin tərkibində millət vəkilləri Mübariz Qurbanlı, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Aqil Abbas, Sabir Rüstəmxanlı və Yaqub Mahmudov iştirak ediblər.

Sözügedən tədbirlər çərçivəsində bu gün ilk olaraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan və Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadənin Ankarada "Asri" qəbiristanlığındakı məzarı ziyarət edilib, məzarın üzərinə əklillər və qərənfillər qoyulub.

M.Ə.Rəsulzadənin məzarı başında mədəniyyət və turizm nazirinin müavini V.Əliyev və mərkəzi Ankarada yerləşən Azərbaycan Mədəniyyət Dərnəyinin baş katibi Tuncer Kırhan çıxış edib, görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin əziz ruhuna dualar oxunub.

Tədbirin ikinci hissəsi Azərbaycanın Türkiyədəki səfirliyində keçirilib. Geniştərkibli tədbirdə Azərbaycandan gələn nümayəndə heyəti, səfirliyin əməkdaşları, Türkiyədən çox sayda ictimai-siyasi xadimlər, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, ictimaiyyət nümayəndələri, diasporumuzun nümayəndələri, Ankarada təhsil alan tələbələrimiz və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfirliyin müşaviri Ceyhun Zeynalov milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş M.Ə.Rəsulzadənin 130 illik yubileyi ilə bağlı təşkil olunmuş tədbirin əhəmiyyətindən bəhs edib.

Sonra V.Əliyev, AMEA-nın Tarix İnstitutunun direktoru Y.Mahmudov, M.Qurbanlı, S.Rüstəmxanlı, M.İbrahimqızı, Q.Paşayeva, A.Abbas, diaspor nümayəndələrimizdən Xanım Xəlilova, Əflatun Nemətzadə və gənc alim Hakim Əzizov geniş çıxış edərək M.Ə.Rəsulzadənin Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində xidmətlərindən bəhs ediblər.

Professor Y.Mahmudovun tarixi faktlara söykənən dəyərli fikirləri auditoriya tərəfindən xüsusi diqqətlə dinlənilib, onun çıxışı M.Ə.Rəsulzadənin tanınmasında önəmli bir fürsət kimi qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti