...

Azərbaycanda Penitensiar Xidmətin müəssisələrində məhkumlara qarşı işgəncə faktı qeydə alınmayıb

Cəmiyyət Materials 4 Fevral 2014 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində məhkumlara və təqsirləndirilən şəxslərə qarşı işgəncə halları ilə bağlı heç bir şikayət qeydə alınmayıb. Bu barədə Trend-ə Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, qanunvericiliyə uyğun olaraq Azərbaycanın insan hüquqları üzrə müvəkkili, Milli Preventiv Qrupun üzvləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi və hər il seçki yolu ilə qeyri-hökumət təşkilatlarının üzvlərindən formalaşdırılan ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin nümayəndələri penitensiar müəssisələrə istənilən vaxt baş çəkir, monitorinqlər keçirir, ayrı-ayrı məhkumları təklikdə qəbul edir və müvafiq hesabatlar tərtib edirlər. Qeyd olunan təşkilatlar, habelə ATƏT, Avropa Şurası və Avropa İttifaqının Azərbaycandakı nümayəndələri 2013-cü il ərzində penitensiar müəssisələrə 228 başçəkmə həyata keçiriblər.

İşgəncələr Əleyhinə Avropa Komitəsinin nümayəndələri (CPT) mütəmadi olaraq Azərbaycana səfərləri çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabe qurumlarına baş çəkir və cəza çəkənləri təklikdə qəbul edirlər. Başçəkmələr zamanı adları qeyd olunan təşkilatlara məhkumlar və təqsirləndirilən şəxslər tərəfindən onlara qarşı qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya işgəncə halları ilə bağlı heç bir şikayət daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti