...

Fransanın Bakıdakı səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığı yoxlanılacaq

Cəmiyyət Materials 13 Fevral 2014 12:20 (UTC +04:00)
Sabah Fransanın Azərbaycandakı səfirliyinin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 7 ünvanında yerləşən inzibati binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçiriləcək.
Fransanın Bakıdakı səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığı yoxlanılacaq

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Sabah Fransanın Azərbaycandakı səfirliyinin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 7 ünvanında yerləşən inzibati binasında Fövqəladə Hallar Nazirliyinin qurumlarının iştirakı ilə taktiki-xüsusi təlim keçiriləcək.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, təlimin keçirilməsində əsas məqsəd Fransa səfirliyinin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, səfirlik əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin səfirliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində peşəkarlığının daha da artırılmasından ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti