...

VIII Möcüzə-Liderlik Məktəbi sona çatıb (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2014 14:48 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Tovuz rayonunda reallaşdırılan VIII Möcüzə-Liderlik Məktəbi layihəsinin bağlanış mərasimi keçirilib.
VIII Möcüzə-Liderlik Məktəbi sona çatıb (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən Tovuz rayonunda reallaşdırılan VIII Möcüzə-Liderlik Məktəbi layihəsinin bağlanış mərasimi keçirilib.

ATGTİ-dən Trend-ə verilən məlumata görə, layihənin qalibi olan Günəşli komandasının üzvləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, 28 ali və orta ixtisas məktəblərindən 100 tələbənin iştirak etdiyi VIII Möcüzə-Liderlik Məktəbi layihəsi 10-16 fevral tarixlərində həyata keçirilib.

Layihə ərzində iştirakçılar dörd komandaya - Ümid, Çıraqlı, Günəşli və Şahdəniz komandalarına bölünüblər. Layihə çərçivəsində iştirakçılara etiket, layihələrin yazılması və idarə olunması, liderlik və sosial media təlimləri keçirilib və keçirilən təlimlərə əsasən iştirakçılar imtahan veriblər. Xüsusi ilə fərqlənmiş tələbələr diplomlarla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti