...

Binəqədi sakinlərinin nəzərinə

Cəmiyyət Materials 3 Mart 2014 15:13 (UTC +04:00)
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indiyə qədər idarə Binəqədi rayonu S.S.Axundov küçəsi 3123-cü məhəllədə fəaliyyət göstərib.
Binəqədi sakinlərinin nəzərinə

Azərbaycan, Bakı, 3 mart /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi rayon Sukanal İdarəsi yeni ünvana köçüb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indiyə qədər idarə Binəqədi rayonu S.S.Axundov küçəsi 3123-cü məhəllədə fəaliyyət göstərib.

Hazırda Binəqədi rayon Sukanal İdarəsi Cəfər Xəndan küçəsi 54 ünvanında yerləşir.

Abunəçilərin diqqətinə çatdırılır ki, su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı yeni ünvana müraciət etsinlər.

Əlaqə telefonları: (012) 562-25-54, (012) 562-14-17

Məqalədə:
Xəbər lenti

Xəbər lenti