...

Azərbaycandakı turizm obyektlərinin sayı açıqlandı

Cəmiyyət Materials 5 Mart 2014 14:32 (UTC +04:00)
Ötən il əzində turizm fəaliyyəti üçün 57, mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti üçün 74 hüquqi və fiziki şəxsə lisenziya verilib.
Azərbaycandakı turizm obyektlərinin sayı açıqlandı

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İsabalayeva/

Ötən il əzində turizm fəaliyyəti üçün 57, mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti üçün 74 hüquqi və fiziki şəxsə lisenziya verilib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, hazırda respublikada 245 turizm şirkəti, 258 mehmanxana və mehmanxana tipli obyekt var.

"Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" ölkə Prezidentinin 2012-ci il 20 noyabr tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə ötən il martın 15-dən elektron viza sisteminin tətbiqinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti