Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/
Bakıda Babək prospektinin Telnur küçəsi ilə kəsişməsində inşa olunan yeraltı piyada keçidinin inşası davam etdirilir. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, piyada keçidinin uzunluğunun 88 m., eni 8 m., hündürlüyünün isə 3,3 m. olması nəzərdə tutulur. Keçid 2 giriş-çıxışdan ibarət olacaq.
P.Mürsəliyev qeyd edib ki, artıq keçidin giriş hissəsindən başlayaraq, 64 metr hissədə əsas işlər yekunlaşıb: "Həmin məsafədə mərmər üzlüklərin vurulması işləri gedir. Bir neçə gündən sonra 24 metr məsafədə də qazıntı işlərinə başlanacaq. Ərazidə su, qaz, elektrik, rabitə xətləri var ki, onların da artıq 80%-i mərhələlərlə köçürülüb. Yeraltı piyada keçidinin bu il ərzində istifadəyə verilməsi nəzərdə tutulur".