...

Azərbaycanda yay turizm mövsümünə hazırlığı müəyyənləşdirmək üçün monitorinqlərə başlanılıb

Cəmiyyət Materials 2 Aprel 2014 13:02 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yay turizm mövsümünə hazırlıq səviyyəsini müəyyənləşdirmək üçün monitorinqlərə başlayıb.
Azərbaycanda yay turizm mövsümünə hazırlığı müəyyənləşdirmək üçün monitorinqlərə başlanılıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yay turizm mövsümünə hazırlıq səviyyəsini müəyyənləşdirmək üçün monitorinqlərə başlayıb. Trend-in məlumatına görə, bunu nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend Beynəlxalq İnformasiya Agentliyinin Mətbuat Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 8-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgilərinin açılışı münasibətilə keçirilən mətbuat konfransında deyib.

A.İsmiyevin sözlərinə görə, artıq Bakıdakı turizm şirkətlərinin fəaliyyətinin monitorinqinə başlanılıb. Yaxın 1-2 həftə ərzində bu monitorinqlər paytaxtdakı mehmanxanalarda davam etdiriləcək. Mayın sonundan isə regionlardakı mehmanxanaların monitiorinqinə start veriləcək.

Nazirliyin şöbə müdiri əlavə edib ki, hazırda regionlarda turizm xidməti lazımi səviyyədə deyil. Bu problemi aradan qaldırmaq məqsədilə kadrlar üçün təlimlər keçirilir.

A.İsmiyev turizm sahəsində peşəkar səviyyədə kadrların hazırlanması üçün müəyyən qədər vaxtın tələb olduğunu da söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti