...

Növbəti Beynəlxalq Peterburq İqtisadi Forumunda KİV-in aktual məsələləri müzakirə olunacaq

Cəmiyyət Materials 21 May 2014 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.Tariverdiyeva/

XVIII Beynəlxalq Peterburq İqtisadi Forumunun "Müasir media: transformasiyanın qlobal tendensiyaları və perspektivləri" adlı sessiyasında müasir kütləvi informasiya vasitələri (KİV) ilə bağlı məsələlər müzakirə olunacaq. Bu barədə Trend tədbirin təşkilatçılarının saytına istinadən məlumat verir.

Beynəlxalq Peterburq İqtisadi Forumu Rusiya Prezidenti Vladimir Putinin himayəsi altında keçirilir. İllik forumun keçirilməsində məqsəd Rusiya və bütün dünya birliyi qarşısında dayanan aktual məsələlərin müzakirəsidir.

Forum mayın 22-24-də Sankt-Peterburq şəhərində keçiriləcək.

Tədbirdə müxtəlif ölkələrin 6 mindən çox siyasi və biznes dairəsinin nümayəndələri, tanınmış alimlər, ictimaiyyət və KİV təmsilçiləri iştirak edəcəklər.

XVIII Beynəlxalq Peterburq İqtisadi Forumuna dünyanın 40-dan çox aparıcı KİV və informasiya agentliyinin, o cümlədən Trend İnformasiya Agentliyinin rəhbərləri dəvət olunublar.

Sankt-Peterbuqrdakı forum çərçivəsində İTAR-TASS-ın təşəbbüsü ilə Dünya Media və İnformasiya Agentlikləri Rəhbərlərinin Konfransı da keçiriləcək.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

Forum çərçivəsində qlobal biznes liderlərinin sammiti, eləcə də "İnkişafın stimullaşdırılması üçün risklərin idarə olunması", "Rusiyanın rəqabət potensialının açıqlanması", "Yeni texnologiyaların idarə olunması və dəyişikliklərə uyğunlaşma" mövzularında panel sessiyalar, "dəyirmi masa"lar, teledebatlar və brifinqlər keçiriləcək.

Qeyd edək ki, 1997-ci ildən başlayaraq keçirilən Beynəlxalq Peterburq İqtisadi Forumu biznes sahəsində dünyanın nüfuzlu tədbirlərindəndir. Hər il 60-dan çox ölkənin dövlət, biznes və elm dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən forumda dünya iqtisadiyyatı, maliyyə sistemi, yeni texnologiyalar, biznes modelləri və s. məsələlər ətrafında müzakirələr aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti