...

Səttar Mehbalıyev Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezitenti seçilib

Cəmiyyət Materials 23 May 2014 17:30 (UTC +04:00)
2014-cü il mayın 18-dən 23-dək Almaniyanın Berlin şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) 3-cü qurultayı keçirilib.
Səttar Mehbalıyev Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezitenti seçilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 may /Trend/

2014-cü il mayın 18-dən 23-dək Almaniyanın Berlin şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) 3-cü qurultayı keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) Trend-ə verilən məlumata görə, qurultayın açılış mərasimində BHİK-in prezidenti Jau Felisio, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer, Birləşmiş Millətlər Təşkilatını təmsil edən BMT-nin İnkişaf Proqramının administratoru Helen Klark və digərləri çıxış ediblər.

Qurultayda həmkarlar ittifaqları üzvlərinin sayının artırılması çərçivəsində korparativ strategiyalar, regional məqsədlər, milli strateji kampaniyalar, qeyri-formal sektor və gənclər mövzusunda məsələlər, dayanıqlı iş yerləri, davamlı gəlir və sosial yardım çərçivəsində məşğulluq, kollektiv danışıqlar, sosial müdafiə, pensiya gəlirləri, əmək fəaliyyətində qadınların rolu, hüquqların reallaşdırılması çərçivəsində risk zonasında yerləşən ölkələr üçün BHİK-in proqramı, əməkçi miqrantların və yerli millətlərin təşkilatlandırılması, qadınlara qarşı zorakılıq, əməyin mühafizəsi məqsədilə təşkilatlanma, qeyri-standart məşğulluq və digər məsələlər müzakirə olunub.

Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev məruzə ilə çıxış edib.

Qurultayın yekununda 161 ölkədən 178 milyon üzvü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfedrasiyasının rəhbər orqanları seçilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Mehbalıyev qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezitenti seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti