...

Azərbaycan Dövlət İqtisad Universitetinin auditoriyalarında telefonlardan istifadə qadağan olunacaq

Cəmiyyət Materials 30 May 2014 11:08 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetinin auditoriyalarında mobil telefonlardan istifadə qadağan olunacaq.
Azərbaycan Dövlət İqtisad Universitetinin auditoriyalarında telefonlardan istifadə qadağan olunacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Dövlət İqtisad Universitetinin auditoriyalarında mobil telefonlardan istifadə qadağan olunacaq. Azərbaycan Dövlət İqtisad Universitetindən Trend-ə verilən məlumata görə, bunu universitetin rektoru Ədalət Muradov Elmi Şurasının növbəti iclasında bildirib.

Rektor iclasda həmçinin fakültə elmi şuralarında müəllim və tələbələrin etik davranış qaydalarını müzakirəyə çıxarılması üçün göstəriş verib.

Mayın 23-də ADİU-da keçirilən "Məzun-2014" ümumrespublika yarmarkasının təşklinin səviyyəsini qənaətbəxş hesab edən rektor gələcəkdə yarmarkanın təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti