...

Silahlı Qüvvələrimizin 96-cı ildönümü münasibətilə mahnı müsabiqəsinin final mərhələsi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 İyun 2014 19:26 (UTC +04:00)
Müsabiqədə Qazax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy, Göygöl, Daşkəsən rayonlarının və Gəncə şəhərinin məktəbliləri, istedadlı gəncləri iştirak ediblər.
Silahlı Qüvvələrimizin 96-cı ildönümü münasibətilə mahnı müsabiqəsinin final mərhələsi keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə Gəncə Zabitlər Evi və ordu birliyinin təşəbbüsü ilə mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqə bölgədə yerləşən hərbi hissələri və ətraf rayonların iyirmi səkkiz yaşadək olan sakinlərini əhatə edib. Müsabiqənin əsas məqsəd milli mədəniyyətimizin təbliği ilə yanaşı, musiqi sahəsində istedadı olan hərbçiləri, gəncləri üzə çıxarmaq, ordu ilə cəmiyyət arasında əlaqələri daha da genişləndirməkdir.

Müsabiqədə Qazax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy, Göygöl, Daşkəsən rayonlarının və Gəncə şəhərinin məktəbliləri, istedadlı gəncləri iştirak ediblər. İştirakçılar dörd nominasiya üzrə istedad və bacarıqlarını nümayiş etdiriblər - vokal, muğam, saz və rep.

Münsiflər heyətinin sədri Kəmalə Məmmədova, münsiflər heyətinin üzvləri əməkdar artist Azərin, musiqişünas Gülmirə Həmzəyeva, Tovuz rayon uşaq incəsənət məktəbinin direktoru Arifə Əsgərova hərbi qulluqçuların çıxışlarını yüksək qiymətləndiriblər.

Münsiflər heyətinin rəyinə əsasən hərbi qulluqçular Elnur Alxasov, Gündüz Rzayev, Elnur Fəttahov, Rəməli Məmmədzadə, Zaur Quliyev, Vüsal Ağayev, Fərid Rzalı, Vaqif Qədirov, Namiq Hüseynov, Namiq Məmmədov, Elvin Qurbanov, Emin Şabanov, Tovuzdan Yasin Qüdrətov, Gəncə şəhərindən Fuad Zamanov, Müzəffər Yusifov, Nurlan Hüseynzadə, Ələddin Məmmədəliyev, Ağstafadan Nicat Əliyev, Qazaxdan Murad Nəbiyev, Fərid Hacıkərimov, Şəmkirdən Səadət Musayeva, Ümid İsmayılov qalib elan olunublar.

Qaliblər 26 iyun - Silahlı Qüvvələr Günü geniş konsert proqramı ilə çıxış edəcəklər. Onlara birliyin komandanlığı adından qiymətli hədiyyələr, fəxri fərmanlar təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti