Azərbaycanda ilk dəfə iş axtaran ali təhsilli gənclərə dəstək üçün layihə hazırlanıb

Azərbaycanda ilk dəfə iş axtaran ali təhsilli gənclərə dəstək üçün layihə hazırlanıb

Azərbaycan, Bakı, 24 iyun /Trend/

İyunun 24-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə "Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək" pilot layihəsinin təqdimatını keçirib.

Trend-in məlumatına görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hər bir cəmiyyətin aparıcı qüvvəsi olan, hazırda Azərbaycan əhalisinin 30 faizə qədərini təşkil edən gənclərin məşğulluğunun aktual məsələlərdən biri olduğunu, təqdim olunan yeni layihənin bu baxımdan xüsusi önəm daşıdığını vurğulayıb.

S.Müslümov bildirib ki, son 10 ildə ÜDM-in 3,4 dəfə artdığı respublikada iqtisadiyyata qoyulmuş investisiyaların həcmi 132 milyard dollar təşkil edib, strateji valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyərək 50 milyard dolları ötüb. Habelə 1 milyon 200 mindən çox yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 45 faizdən 5,3 faizə enib, əhalinin gəlirləri 6,5 dəfə çoxalıb: "Bu gün dünyanın hətta inkişaf etmiş ölkələrində işsizlik kəskin problemə çevrildiyi halda, Azərbaycanda işsizlik səviyyəsi 5 faizədək enib ki, bu da dünya ölkələri arasında nümunəvi bir göstəricidir. Bununla belə, nəzərə alsaq ki, ölkədə 15-29 yaşda gənclər arasında bu göstərici 9,9 faiz, 15-24 yaşda olan şəxslər arasında isə 13,5 faiz təşkil edir, o zaman gənclərin məşğulluğunun təminatının aktual bir məsələ olduğunu qeyd etmək olar".

Nazir gənclərin məşğulluğu məsələsinin bütün dünya ölkələrinin gündəliyində mühüm yer tutduğunu, bir qədər öncə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək məsələləri üzrə Rəhbər Komitəsinin Bakıda keçirilən birinci iclasında da bu məsələnin əsas müzakirə mövzularından biri olduğunu bildirib: "Müqayisə üçün qeyd edim ki, 2012-ci ildə dünya üzrə gənclərin işsizlik səviyyəsi 12,6 faiz, İƏT ölkələri üzrə orta göstərici 15,6 faiz olmuşdur".

S.Müslümov gənclərin məşğulluğunun təminatında əsas problemlərdən birinin ali təhsilli, ilk dəfə işaxtaran gənclərlə bağlı olduğunu diqqətə çatdırıb: "Bir çox hallarda işəgötürənlər ali təhsil müəssisəni yenicə bitirmiş məzundan daha çox, özünü təsdiqləmiş, müəyyən müddət iş təcrübəsi olan mütəxəssisləri işə cəlb etməyə üstünlük verirlər. Ona görə də biz BƏT-lə birgə bu məsələnin həlli istiqamətində sosial tərəfdaşlıq prinsipi əsasında pilot olaraq yeni aktiv layihəyə başlamağa qərar verdik".

Ölkəmizin BƏT-in "MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq" adlı layihəsinə daxil edildiyini qeyd edən S.Müslümov bildirib ki, bu layihənin əsas məqsədi gənclər üçün aktiv məşğulluq proqramlarının işlənib hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində layihəyə cəlb olunan ölkələrin imkanlarının artırılması, sosial təcrid olunma təhlükəsi altında olan gənclərin sayının azaldılması və onların əmək bazarında rəqabət qabiliyyətinin təmin olunmasıdır: "Bu gün təqdim olunan layihə də bir tərəfdən gənc mütəxəssislərin təhsildən aktiv əməyə keçidini asanlaşdırır, digər tərəfdən isə ilk dəfə işaxtaranları subsidiyalı əmək haqqı ilə işə qəbul edən işəgötürənləri təşviq edir. Belə ki, bu pilot layihə ali təhsil müəssisəsini bitirdikdən sonra iş yeri tapmayan və Bakı şəhərindəki Məşğulluq mərkəzlərində ilk dəfə iş axtaran kimi qeydiyyatda olan 15 nəfər gənclə işəgötürən arasında əmək müqaviləsinin imzalanmasını, həmin gənclərin ilk 6 ay ərzində əmək haqlarının işəgötürən tərəfindən deyil, subsidiyalı şəkildə BƏT-in maliyyə dəstəyi ilə ödənilməsini nəzərdə tutur".

Layihəni hökumət, beynəlxalq təşkilat və özəl sektor arasında sosial dialoqun uğurlu nümunəsi hesab edən nazir yeni pilot layihənin davamı olaraq gənclərə sahibkarlıq vərdişlərinin aşılanması və gələcəkdə bizneslə məşğul olmalarına kömək edilməsi üçün regionlarda gənclərin özünəməşğulluğuna dəstək lahiyəsinin hazırlandığını da qeyd edib.

BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə ofisinin direktoru xanım Dmitrina Dmitrova BƏT-in əmək və məşğulluqla bağlı vacib prinsiplərinin, o cümlədən gənclərin məşğulluğunun dəstəklənməsi barədə tövsiyələrinin icrası sahəsində Azərbaycanın fəal siyasətə malik olduğunu yüksək dəyərləndirib. Xanım D.Dmitrova hazırda təqdim edilən layihənin yeni ixtisaslara yiyələnmiş gənclərin əmək bazarına daxil olmasında yeni və səmərəli vasitə olduğunu, belə bir mexanizmin uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek işsizliyin azaldılması sahəsində uğurlu təcrübəyə malik Azərbaycanın eyni zamanda gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkədən biri olduğunu vurğulayaraq, təqdim olunan layihəni gənclərin məşğulluğu sahəsində ölkədə aparılan siyasətin keyfiyyətcə yeni və uğurlu davamı kimi səciyyələndirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, gənclərin əmək bazarına çıxışının asanlaşdırılmasına dəstək xarakteri daşıyan yeni layihənin əhəmiyyətindən söz açaraq, pilot işlərinin uğurla nəticələnəcəyinə və gələcəkdə belə layihələrin daha geniş şəkildə tətbiq ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

Sonra "MDB-də gənclərin məşğulluğu üzrə Tərəfdaşlıq" texniki əməkdaşlıq layihəsinin baş texniki məsləhətçisi Mixail Puşkin "Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək" pilot layihəsini təqdim edib. Habelə bir neçə gənclə işəgötürən arasında bağlanan əmək müqavilələri təqdim olunub.
Tədbirdə işəgötürənlər və yeni işə qəbul olunan gənclər çıxış edərək, layihənin önəmli cəhətlərini qeyd ediblər.

CBC radiosunun Qarabağda yayımı başlayıb
CBC radiosunun Qarabağda yayımı başlayıb
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir
Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində ümummilli lider Heydər Əliyev ilə bağlı paylaşım edilib (FOTO)
Misir iyunda Çinin "Sinovac" peyvəndinin istehsalına başlayacaq
Hemilton İspaniya Qran Prisinin qalibi olub
Heydər Əliyev bu gün beynəlxalq arenada iri fiqura çevrilmiş Azərbaycanın möhkəm təməlini qoyub - Rob Sobhani
Azərbaycanın dörd para-taekvandoçusu Tokio-2020-yə lisenziya qazandı (ƏLAVƏ OLUNUB)
Suriya sahillərində tanker partlayıb
Bakıda minik avtomobili dəmir maneəyə çırpılıb, ölən var
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazıb
Milli Gimnastika Arenasında gimnastlar üçün ən yaxşı şərait yaradılıb - Jalə Qaratova
76 il əvvəl faşizm üzərində qələbə çalan babalarımızın davamçıları erməni faşizminin başını əzdi - Könül Nurullayeva
Yarışlardan sonra emosiyalar müsbətdir - Dünya Kubokunda bürünc medal qazanmış Azərbaycan komandası
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)
Ermənistanda Njdenin şəxsiyyətinə pərəstiş nasist Almaniyasında Hitler şəxsiyyətinə pərəstişlə müqayisə oluna bilər - Oleq Kuznetsov
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Gazelli Group şirkəti İkinci Dünya Müharibəsi veteranlarını özünəməxsus şəkildə təbrik edib (FOTO)
Azərbaycanda 1539 nəfər COVID-19-dan sağalıb, 660 nəfər yoluxub
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi keçirilib (FOTO)
Bolqarıstan 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə Dünya Kubokunun qalibi olub
“Suraxanı” gəmi muzeyi 10 may tarixindən vətəndaşların istifadəsinə veriləcək
Ombudsman beynəlxalq təşkilatlara çağırış edib
Bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günündə maraqlı anlar (FOTO)
Bolqarıstan gimnastı Dünya Kubokunda lentlə hərəkətlərdə birinci olub
Faşizm üzərində qazanılan Qələbənin 76-cı ildönümü Beyləqanda qeyd edilib (FOTO)
Zəngilanda əkilən palıd toxumları cücərməyə başlayıb - Nazirlik (FOTO)
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda daha bir qızıl medal qazandı
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)
Azərbaycan komandası 5 topla hərəkətlərdə Dünya Kubokunun bürünc medalını qazanıb
Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib (FOTO)
Azərbaycanın Ermənistanla sərhədində daha bir hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
İtaliyalı gimnast Dünya Kubokunda topla hərəkətlərdə qalib gəlib
Şuşa şəhərində Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda halqa ilə hərəkətlərdə qızıl medal qazanıb
İsveçrə nəşri Azərbaycan Prezidentinin Şuşanı mədəniyyət paytaxtı elan etməsindən yazır
Sabahın hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər (FOTO/VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günü başlayıb (FOTO)
96 yaşlı müharibə veteranı: Ulu öndər Heydər Əliyevdən gördüyümüz diqqət və qayğını indi Prezident İlham Əliyevdən görürük (VİDEO)
Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir - Əflatun Amaşov
Azərbaycan aprel ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Moskvada hərbi parad keçirilir
Mingəçevir Dövlət Universitetində 9 May - Qələbə Gününə həsr olunan konfrans keçirilib
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib (FOTO)
Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib (FOTO)
Azərbaycan Sənaye Korporasiyası ağacəkmə aksiyası keçirib (FOTO)
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib (FOTO)
Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
100-dən çox diaspor könüllüsü və gənci “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
Azərbaycan XİN 9 May Qələbə Günü ilə bağlı bəyanat yayıb
Əfqanıstanda silahlı qarşıdurmada yeddi polis öldürülüb
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)
Bu gün sonuncu Qədr gecəsidir
Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbəsindəki roluna dair film hazırlanıb (VİDEO)
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi
Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıb (FOTO)
Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır
MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Liderlik zirvəsini fəth edən Dahi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib
Azərbaycan gimnastları çox güclüdür - Qazaxıstanlı gimnast
Qarabağ Dirçəliş Fondu əlavə dəyər vergisindən azad olunub
Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu - Zöhrə Ağamirova
1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu - Deputat
Dövlət Neft Şirkətinin strukturu təkmilləşdirilir
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Dünya Kubokunda gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib
Aİİ-də “Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə xidmətləri” mövzusunda videokonfrans keçirilib (FOTO)
Azərbaycan gimnastı Zöhrə Ağamirova Dünya Kubokunda finala çıxıb
Bakıda təhsil müəssisələrinin tikintisi, təmiri və bərpasına iyirmi milyon manat ayrıldı - SƏRƏNCAM
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var - Tahir Budaqov
Prezident İlham Əliyev Şuşada yeni ümumtəhsil məktəbinin tikintisinə üç milyon manat ayırdı
Yol qovşağında yenidənqurma işləri aparılır (FOTO)
AQTA quş qripi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edib
Bütün xəbərlər