Bakıda daha bir yeraltı keçidin istifadəyə veriləcəyi vaxt açıqlandı

Cəmiyyət Materials 4 İyul 2014 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İlkin İzzət/

Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektində inşa edilən yeraltı piyada keçidinin tikintisinin cari ilin oktyabr ayında başa çatdırılması planlaşdırılır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni yeraltı piyada keçidinin bir giriş-çıxışı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, digəri isə "Caspian Shop" Ticarət Mərkəzi istiqamətində olacaq. Keçidin uzunluğu 90 m, eni 4,7 m, hündürlüyü isə 3 m təşkil edəcək.

Artıq yolun hərəkət hissəsinə düşən tunelin betonlanması işləri başa çatdırılıb. Hazırda istinad divarlarının betonlanması və örtüyün hidroizolyasiyası işləri gedir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti