...

Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulunun birinci mərhələsi başa çatıb

Cəmiyyət Materials 14 İyul 2014 18:08 (UTC +04:00)
İxtisaslı fəhlə kadrlarının hazırlanması məqsədilə ARDNŞ-nin Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) iyulun 3-dən elan edilmiş sənəd qəbulu iyulun 13-də başa çatlıb.
Sumqayıt Təlim, Tədris Mərkəzinə şagird qəbulunun birinci mərhələsi başa çatıb

Azərbaycan, Bakı, 14 iyul /Trend/

İxtisaslı fəhlə kadrlarının hazırlanması məqsədilə ARDNŞ-nin Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə (STTM) iyulun 3-dən elan edilmiş sənəd qəbulu iyulun 13-də başa çatlıb.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, STTM-ə qəbul olunmaq üçün 456 nəfər müraciət edib.

Müsabiqənin I turunda namizədlərin elektron ərizə formasında qeyd etdikləri məlumatların müsabiqənin şərtlərinə uyğun gəlməsi yoxlanılıb. Müsabiqənin şərtlərinə uyğun gələn 349 nəfər namizədin müraciəti təsdiqlənib, 107 nəfər iddiaçı isə müsabiqədən kənarlaşdırılıb.

2014-2015-ci tədris ili üçün STTM-ə altı ixtisas üzrə cəmi 96 nəfər şagirdin qəbul edilməsi nəzərdə tutulub. Bu isə qəbul zamanı müsabiqənin böyük olacağını göstərir. Belə ki, STTM-ə avtomatik idarəetmə sistemi üzrə operator ixtisası üzrə bir yer üçün müraciət edənlərin sayı 8 nəfər olub. Elektrik montyoru, kompressor qurğularının maşinisti, təmirçi-çilingər, texnoloji qurğuların operatoru, qablaşdırma üzrə operator ixtisaslarında isə hər yerə 2-5 nəfər iddia edir.

16-17 iyul tarixlərində STTM-də müsabiqənin II mərhələsi - müsahi-bələr, daha sonra isə test imtahanı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti