...

Mədəniyyət və Turizm Nazirliyi xaricə getmək istəyənləri diqqətli olmağa çağırıb

Cəmiyyət Materials 15 İyul 2014 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrə səyahətə gedən ölkə vətəndaşlarına müraciət edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yay mövsümünün başlanması ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır: "Bununla əlaqədar, bir daha əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər".

Nazirlik bildirir ki, yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana fəaliyyətinə lisenziya almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.

Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşənlər Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti