...

Allahşükür Paşazadə Moskva metrosunda baş vermiş faciə ilə bağlı Moskva və Bütün Rusiya Patriarxına başsağlığı verib

Cəmiyyət Materials 18 İyul 2014 18:02 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskva metrosunda baş vermiş faciə ilə bağlı Moskva və Bütün Rusiya Patriarxı Kirillə başsağlığı verib.
Allahşükür Paşazadə Moskva metrosunda baş vermiş faciə ilə bağlı Moskva və Bütün Rusiya Patriarxına başsağlığı verib

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlkin İzzət/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskva metrosunda baş vermiş faciə ilə bağlı Moskva və Bütün Rusiya Patriarxı Kirillə başsağlığı verib. Bu barədə Trend-ə QMİ-dən məlumat verilib.

Şeyxülislamın başsağlığı məktubunda deyilir: "Moskva metrosunda baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi dərindən kədərləndirib. Biz də dualarımızı rusiyalılarının dualarına qoşaraq mərhumların ruhlarının şad olmasını, xəsarət alanların tezliklə sağlamlıqlarına qovuşmasını diləyirik. Müsəlmanlar və şəxsən öz adımdan Zati-müqəddəslərinizə və Sizin simanızda bütün Rusiya xalqına bu matəm günü münasibətilə dərin hüznlə başsağlığı verirəm. Uca Yaradan mərhumların ruhunu şad etsin!"

Xatırladaq ki, iyulun 15-də səhər pik saatda Moskva metrosunun "Park Pobedı"- "Slavyanskiy bulvar" stansiyaları arasındakı yolda 3 vaqon relsdən çıxıb. Nəticədə 23 nəfər ölüb, 150-dən adam müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti