...

Gənclər və idman naziri: Bu gün Azərbaycanda Zərdabi ənələrini layəqətlə davam etdirən qələm sahibləri var

Cəmiyyət Materials 22 İyul 2014 17:14 (UTC +04:00)
Bu gün Azərbaycanda Zərdabi ənələrini layəqətlə davam etdirən qələm sahibləri var.
Gənclər və idman naziri: Bu gün Azərbaycanda Zərdabi ənələrini layəqətlə davam etdirən qələm sahibləri var

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Azərbaycanda Zərdabi ənələrini layəqətlə davam etdirən qələm sahibləri var.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu gənclər və İdman naziri Azad Rəhimov KİV nümayəndələrinə Milli Mətbuatımızın 139-cu ildönümü münasibəti ilə ünvanladığı müraciətində qeyd edib.

KİV nümayəndələrini bayram münasibəti ilə təbrik edən nazir bildirib ki, bu gün ölkəmizdə Milli Mətbuatımızın 139-cu ildönümü qeyd edilir: "Bu gün böyük mütəfəkkir Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan mətbuat səmasına buraxdığı ilk qaranquşun- "Əkinçi" qəzetinin doğum tarixi , sizin qələminizin ad günüdür".

Nazir daha sonra əlavə edib ki, Gənclər və idman nazirliyi ilə daim əlaqəli fəaliyyətiniz hər zaman qurumumuz tərəfindən təqdirəlayiq qiymətləndirilib: "İstər gənclər, istərsə də idman sahəsində baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında sizin xidmətləriniz danılmaz və əvəzsizdir. Sizə məsiliyyətli və önəmli işinizdə uğurlar, həyatda can sağlığı arzu edirəm. Milli Mətbuat gününüz mübarək!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti