...

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyat müddəti uzadılıb

Cəmiyyət Materials 15 Avqust 2014 10:55 (UTC +04:00)
Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olan şəxslərin qeydiyyat müddəti uzadılıb.
Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyat müddəti uzadılıb

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olan şəxslərin qeydiyyat müddəti uzadılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 8-dən aparılır. Bu müddətin avqustun 18-də başa çatdırılması nəzərdə tutulsa da, TQDK rəhbərliyinin qərarına əsasən, avqustun 22-dək uzadılıb. Beləliklə, ali məktəblərə əsas yerləşdirmədə qəbul olan şəxslər həmin vaxtadək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti