...

Bolqarıstanın Varna şəhərinin əhalisi şəhər gününü bayram edir (FOTO)

Cəmiyyət Materials 18 Avqust 2014 16:38 (UTC +04:00)
Ənənəvi olaraq 15 avqust tarixində Bolqarıstan Respublikasının Varna şəhərinin əhalisi şəhər gününü bayram edir. Varna şəhərinin meri İvan Portnihin dəvəti ilə iki günlük rəsmi səfərdə olan nümayəndə heyətimiz Gəncəni uğurla təmsil ediblər.
Bolqarıstanın Varna şəhərinin əhalisi şəhər gününü bayram edir (FOTO)

Ənənəvi olaraq 15 avqust tarixində Bolqarıstan Respublikasının Varna şəhərinin əhalisi şəhər gününü bayram edir. Varna şəhərinin meri İvan Portnihin dəvəti ilə iki günlük rəsmi səfərdə olan nümayəndə heyətimiz Gəncəni uğurla təmsil ediblər.

Varna şəhərinin meri İ.Portnihlə rəsmi görüş zamanı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adından ona dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti əks olunmuş xalça hədiyyə olunub və şəhər bayramları təbrik edilib.

Səfər zamanı Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov bir sıra görüşlər keçirilib, "Avropa Gənclər paytaxtı - 2016" adının qazanılması təcrübəsi haqqında təqdimat olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti