...

Poylu-Ağstafa mənzilində dəmiryolun əsaslı təmirinə start verilib (FOTO)

Cəmiyyət Materials 21 Avqust 2014 09:55 (UTC +04:00)
Bu gündən etibarən Poylu-Ağstafa mənzilində 9 km dəmiryolun əsaslı təmirinə start verilib.
Poylu-Ağstafa mənzilində dəmiryolun əsaslı təmirinə start verilib (FOTO)

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Bu gündən etibarən Poylu-Ağstafa mənzilində 9 km dəmiryolun əsaslı təmirinə start verilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, təmir işləri ayın sonunadək davam edəcək.

Əsaslı təmir işlərini həyata kecirən "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev bildirib ki, səhər saatlarında artıq bir kilometr köhnə yol sökülüb.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmiryol nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilmiş, 10 dekabr 2013-cü ildə Ağstafa-Poylu mənzilində 317-ci kilometrin əsaslı təmiri başa çatmışdır. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti