...

İnformasiya təhlükəsizliyində bölgə mediasının rolu müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2014 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Şəkidə "Azərbaycanın informasiya təhlükəsizliyi bölgə mediası müstəvisində" adlı konfrans keçirilib.

Trend-in məlumatına görə, Mətbuat Şurasının təşəbbüsü ilə keçirlimiş toplantıda Şuranın İdarə Heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin, elektron media resurslarının rəhbərləri, Şəki ilə yanaşı ətraf bölgələrdə fəaliyyət göstərən qəzetlərin təmsilçiləri iştirak ediblər.

Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər çiçəklər düzüblər. Daha sonra görkəmli mütəfəkkir Mirzə Fətəli Axundovun ev muzeyində olublar, onun abidəsini ziyarət ediblər. Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsi də ziyarət edilib. Media nümayəndələri tədbirdən öncə Şəki Şəhər İcra Hakimiyyətində icra başçısı Elxan Usubovla görüşüblər. E.Usubov qonaqlara Şəkidə aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib, bu qədim yurdun dünya miqyasında tanıdılmasına yönələn konkret tədbirlərdən söz açıb.

"Azərbaycanın informasiya təhlükəsizliyi bölgə mediası müstəvisində" adlı konfransı giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, avqustun 29-da dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və ölkənin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçilimiş müşavirə ölkə həyatında mühüm hadisə kimi yadda qaldı. Müşavirədə PA rəhbəri, akademik R.Mehdiyevin qaldırdığı məsələlər, eləcə də açıqladığı konkret faktlar informasiya təhlükəsizliyi məsələsinin təkcə paytaxt KİV-ləri üçün deyil, eyni zamanda bölgə mətbuatı üçün də aktual tərəflərini ortaya qoydu: "Bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri yerli ictimai rəyi formalaşdırmaq xüsusiyyətinə malikdirlər. Bu baxımdan onların hadisə və proseslərə yanaşma tərzindəki monolitlik də önəmli faktordur. Eyni zamanda bölgədə fəaliyyət göstərən jurnalistlərin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərə yanaşması mühüm əhəmiyyət daşımaqdadır. Bu günkü tədbirimiz də məhz onların fikir və düşüncələrini eşitmək istəyindən qaynaqlanır".

Görüşdə çıxış edənlərdən MŞ-nin sədr müavinləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatı Cavanşir Feyziyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, həmçinin "Modern.az" saytının rəhbəri Elşad Eyvazlı Azərbaycanın informasiya təhlükəsizliyi məsələsinin ölkə miqyasında müzakirəsini vacib məqam kimi vurğulayıblar. Bildirilib ki, mətbuatımız təbiəti etibarilə cəmiyyətdə vətənpərvərlik hissinin aşılanmasına xidmət edən materiallara həmişə geniş yer verib. Bu tipli yazıların istər kəmiyyətinin, istərsə də keyfiyyətinin artırılmasına ehtiyac var. Dünya miqyasında medianın milli maraqları müdafiə etməsi ilə bağlı nümunələrin üzərində dayanılaraq qeyd edilib ki, xalq və ölkə üçün vacib məqamlarda KİV-lərin monolit komanda kimi çıxış etməsi həlledici məqamdır.

Toplantıda çıxış edən bölgə mətbuatı nümayəndələrindən "Şəki" qəzetinin baş redaktoru Akif Salam, "Zaqatala" qəzetinin baş redaktoru İbrahim İbrahimov, "Oğuz" qəzetinin redaktoru Nazim Hüseynov, "Qəbələ" qəzetinin redaktoru Oqtay Məmmədov, Qaxın "Şəlalə" qəzetinin redaktoru Novruz Şabanov, "Balakən" qəzetinin redaktoru Mürsəl Mikayılov, "Xalq qəzeti"nin bölgə müxbiri İlqar Həsənov və başqaları media milli maraqları nəzərə almalı və ona söykənməlidir. Bu, hər bir jurnalistdən vətənpərvər olmağı tələb edir. Ölkə başçısı cənab İlham Əliyev də həmişə çıxışlarında jurnalistləri vətənpərvər olmağa çağırıb. 21-ci əsr informasiya əsridir. Burada savaş təkcə müharibə meydanlarında getmir. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistan kimi qonşumuz varsa, mediamız təcavüzkarın informasiya manipulyasiyalarından da düzgün nəticə çıxarmağı bacarmalıdır. Bu baxımdan yerlərdə əhalini maarifləndirmək missiyasını həyata keçirən bölgə KİV-lərinin üzərinə də mühüm vəzifələr düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti