...

İsmayıllıda körpünün əsaslı təmiri oktyabrda bitəcək (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2014 11:51 (UTC +04:00)
İsmayıllı rayonunda İstisuçay üzərindəki körpüdə görülən əsaslı təmir işləri oktyabr ayında başa çatacaq.
İsmayıllıda körpünün əsaslı təmiri oktyabrda bitəcək (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

İsmayıllı rayonunda İstisuçay üzərindəki körpüdə görülən əsaslı təmir işləri oktyabr ayında başa çatacaq.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, Qaraməryəm-İsmayıllı-Şəki(46km)-Sumagallı-Qalacıq avtomobil yolunun 8-ci km-də İstisuçay üzərində yerləşən kiçik körpüdə cari təmir işlərinin aparılmasına baxmayaraq, təbii hadisələr nəticəsində tamamilə yararsız hala düşüb.

P.Mürsəliyev qeyd edib ki, keçən əsrin 60-70-ci illərində inşa olunan körpü sel sularının təsirindən dağılıb, çayın məcrası genişlənərək ətraf sahələrə də təhlükə yaradıb. Yaz-yay aylarında çayda su çoxaldıqca kəndlərin rayon mərkəzi ilə əlaqəsi demək olar ki, kəsilir. Bütün bunları nəzərə alaraq, 2014-ci ilin yanvar ayından körpüdə əsaslı təmir işlərinə başlanılıb: "Artıq körpüdə işlər başa çatdırılıb. Uzunluğu 57 m, qabariti 8 m olan körpü 3 aşırımlıdır. Hazırda körpüdə su nizamlayıcı qurğuların tikintisi işləri gedir. İşlərin cari ilin oktyabr ayı ərzində tamamilə yekunlaşması planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti