...

Əbülfəs Qarayev Azərbaycandakı turizmin vəziyyətini dəyərləndirdi

Cəmiyyət Materials 26 Sentyabr 2014 11:32 (UTC +04:00)
"Bu il mövsümün yekunları bizi qane etdi. Öncədən atdığımız addımların nəticəsində bu il yay mövsümündə heç bir müəssisədə hər hansı fövqaladə və ya narahatlıq törədən hadisə baş vermədi. Monitorinqlər keçirərək keyfiyyətin artırılmasına nail olmuşuq".
Əbülfəs Qarayev Azərbaycandakı turizmin vəziyyətini dəyərləndirdi

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Səbinə Әhmədova/

"Bu il turizm mövsümünün yekunları bizi qane etdi. Öncədən atdığımız addımların nəticəsində bu il yay mövsümündə heç bir müəssisədə hər hansı fövqaladə və ya narahatlıq törədən hadisə baş vermədi. Monitorinqlər keçirərək keyfiyyətin artırılmasına nail olmuşuq". Trend xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib: "Qətiyyətli addımlar ataraq lisenziyaların dayandırılması haqqında hüquq-mühafizə orqanlarına da öz müraciətlərimizi etmişik. Çünki bəzi yerlərdə bizim tövsiyələrimiz yerinə yetirilmir. Biz söszüz ki, turistlərin, orada asudə vaxtını keçirən insanların hüquqlarını müdafiə etməliyik".

Ə.Qarayev həmçinin qeyd edib ki, bu il qiymətlərin artımı olmayıb: "Bu da bizi sevindirir. Hətta bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində artıq iki və üç ulduzlu otellərin fəaliyyəyinə uyğun olaraq qiymət və xidmət tarazlığı müşahidə olundu. Әminik ki, bu proses davam edəcək. Biz bununla məhdudlaşmaq istəmirik. İndi oktyabrın 1-də Səmərqənddə keçiriləcək Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin iclasında Azərbaycanın mövqeyinin gücləndirilməsi məqsədilə müvafiq qərarların qəbul edilməsi üçün işlər aparılır. Azərbaycanın daha geniş şəkildə bu layihələrdə iştirakını təmin etməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti