Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Hicablı qadınlar Avstraliya parlamentinin zallarında yalnız şüşəbənd tribunalarda otura bilərlər.
Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu yeni qaydanı Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatasının spikeri Bronvin Bişop və Senatın spikeri Stiven Perri müəyyənləşdiriblər.
Bu qayda müvəqqəti xarakter daşıyır və onun tətbiqi Kanberrada hicablı qadınların parlamentə buraxılmasının qadağan edilməsi ilə bağlı qızğın diskussiyalar fonunda baş verir.
Belə ki, ölkənin xüsusi xidmət orqanları parlamentə mümkün terror aktlarının baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.